Main »
2009 » Yanvar » 5 » Rəşad Sadıqov “Kocaelispor”da
8:26 PM Rəşad Sadıqov “Kocaelispor”da |
 Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadıqov Türkiyə Superliqasında çıxış edən “Kocaelispor” klubuna baxışa yollanıb. Yığmamızın kapitanı yanvarın 4-dən Kocaeli komandasının heyətində məşq edir. Hazırda “Kocaelispor” Antalya şəhərində təlim-məşq toplantısındadır. 27 yaşlı müdafiəçini baxışdan keçirməyi komanda rəhbərliyinə R.Sadıqovun hələ “Kayserispor”da çıxış etdiyi vaxt komanda yoldaşı olmuş Bülənt Bölükbaşı təklif edib. Qeyd edək ki, almaniyalı baş məşqçi Hans-Yurgen Gedenin istəyilə “Neftçi”dən kənarlaşdırılan yığmamızın kapitanı bu yaxınlarda İspaniyanın “Valyadolid” klubunda da baxışda olub. “Kocaelispor” 16 turdan sonra Türkiyə Superliqasında 9 xalla 18 komanda arasında sonuncu pillədə qərarlaşıb.
|
Category: Xəbələr |
Views: 800 |
Added by: swedeno
|