Section categories
Programlar [498]
Xarici Musiqi [7]
Oyunlar [10]
Videolar [6]
Azeri Musiqi [8]
Şəkiller [11]
Canli Tv [3]
Din [9]
Xəbələr [11]
Mobil [7]
Parni iz baku [7]
Bu Sheherde [2]
Filimlər [4]
Tag Board
Statistics

Visitors today:

Ümumi miqdar onlayn: 6
Qonaqlar: 6
İstifadəçilər: 0
Login form
Saturday, 2025-06-28, 4:25 PM
Welcome Qonaq
Main » 2009 » Yanvar » 18 » Bakıda daha bir dəhşətli faciə
9:14 PM
Bakıda daha bir dəhşətli faciə

Partlayış beşmərtəbəli binanı havaya sovurdu

10 ev dağıldı, 3 nəfər öldü, 13 nəfər yaralandı, 3 nəfərin isə dağıntılar altında qalmaq ehtimalı var

Bakıda daha bir beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə paytaxtın Nəsimi rayonunda - Cavad Xan küçəsi, 30 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində qeydə alınıb. Partlayışdan sonra yanğın başlayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürənlər, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və təcili tibbi yardım maşınları gəlib. Yanğının qarşısı alınıb və xilasetmə tədbirlərinə başlanılıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Raif Nağıyev hadisə yerində olan əməkdaşına bildirib ki, dağıntılar altından 2 meyit çıxarılıb.
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib ki, binada partlayış baş verməsi ilə bağlı nazirliyə saat 16.40-da məlumat daxil olan kimi əməliyyat qrupu yaradılıb. O, hadisənin qaz sızmasından baş verdiyini deyib.

İcra başçısı: “Partlayış nəticəsində üç mənzil tam dağılıb”

Bakının Nəsimi rayonundakı Cavad Xan küçəsi 30 ünvanında yerləşən binada baş verən partlayış nəticəsində 58, 59, 60 saylı mənzillər tamamilə dağılıb.
xəbərinə görə, bu barədə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev bildirib. Onun sözlərinə görə, hadisə zamanı küçədən keçən qadın başına beton plitə düşməsi nəticəsinə ölüb. N.Məhəməliyev hadisənin qaz sızmasından baş verdiyini açıqlayıb. İcra Hakimiyyətinin başçısı partlayış baş verən binadan əhalinin evakuasiya olunmayacağını deyib.

Partlayış zamanı zərərçəkənlərin adları açıqlandı

Bakı Şəhər Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov ölən və yaralananların adlarını açıqlayıb. Onun sözlərinə görə, partlayış nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralananlardan birinin vəziyyəti ağırdır. Yerdə qalanlar isə nisbətən yüngül xəsarətlər alıblar. Baş həkim deyib ki, onlar partlayan binanın sakinləri deyil, hadisə zamanı küçədən keçənlər olub.
Qəzet çapa gedən ana qədər ölən və yaralananlar aşağıdakılar idi:

Ölənlər:

Ələkbərov Hafiz Nurulla oğlu - 50 yaş
Bağırova Fərqanə İlyas qızı - 31 yaş
Osman Tahirov (yaşını dəqiqləşdirmək mümkün olmayıb)

Yaralılar:

Yusif Mikayılov - 24 yaş
Elçin Əliyev - 26 yaş
Samir Hüseynov - 21 yaş
Könül Vəliyeva - 29 yaş
Əvəz Abdullayev - 20 yaş
Tural Qafarov - 20 yaş
Qaraş Əliyev - 47 yaş
Sadıqova Sürəyyə - 38 yaş
Dağıntılar altında daha 3 nəfərin qalama ehtimalı var.
Məmmədli Həsən (yaşını dəqiqləşdirmək mümkün olmayıb)
Yaralılardan Yusif Mikayılov, Elçin Əliyev, Samir Hüseynov və Könül Vəliyeva ambulator müalicə aldıqdan sonra evə buraxılıblar. Digərləri isə xəstəxanada müalicə olunurlar.

Partlayışla bağlı cinayət işi açıldı

Bakı şəhəri Nəsimi rayonu, Cavad Xan küçəsi, 30 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında baş verən partlayışla bağlı cinayət işi başlanılıb. Məlumatına görə, bu barədə Bakı şəhər prokuroru Əziz Seyidli bildirib. Ə.Seyidli cinayət işinin Cinayət Məcəlləsinin 314.2 maddəsi (səhlənkarlıq, ağır nəticələrə səbəb olma) ilə başlanıldığını deyib. O, hadisə yerinin müayinəsinin və təhqiqatın davam etdiyini, son sözün araşdırmaların sonunda deyiləcəyini vurğulayıb.



Category: Xəbələr | Views: 1088 | Added by: Elvin-g
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Anpassad sökning
Search
Calendar
«  Yanvar 2009  »
Su Mo Tu We Th Fr Sa
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Entries archive
Site friends
  • Create a free website