Section categories
Programlar [498]
Xarici Musiqi [7]
Oyunlar [10]
Videolar [6]
Azeri Musiqi [8]
Şəkiller [11]
Canli Tv [3]
Din [9]
Xəbələr [11]
Mobil [7]
Parni iz baku [7]
Bu Sheherde [2]
Filimlər [4]
Tag Board
Statistics

Visitors today:

Ümumi miqdar onlayn: 6
Qonaqlar: 6
İstifadəçilər: 0
Login form
Saturday, 2025-06-28, 4:25 PM
Welcome Qonaq
Main » 2009 » Mart » 23 » Allahin varligini elimli esaslarla tesdig eden alim
1:15 AM
Allahin varligini elimli esaslarla tesdig eden alim


Allahı «kəşf etmiş» alim 1 milyonla mükafatlandırıldı

87 yaşlı fizikin «görünməyən hökmranlıq» konsepsiyasını Templeton Fondu qiymətləndirib

Fransalı nəzəriyyəçi fizik Bernar d`Espanyat ən böyük illik mükafat • 1 milyon funt sterlinqə layiq görülüb. Reallığın təbiəti haqqında tədqiqatları ilə məşhur olan 87 yaşlı alim dünyanın klassik və kvant modellərinin təmaslarını araşdırır və dualist dünya sisteminin uyğunsuzluğunu izah edir. Alimə bu mükafatı Con Templeton adına fond verib. Fond fizikin ən böyük kəşfini • «hiperkosmik Allah» konsepsiyasını bu qiymətə layiq bilib. Bernar d`Espanyat «sübut edib ki, məkan və zaman çərçivəsindən kənarda görünməyən çarlıq var» və bu, özünün qeyri-maddiliyinə baxmayaraq, insan zəkası tərəfindən dərk oluna bilər.

«Hiperkosmik Allah» termini ilə alim kvant fizikasının cari elmin inkişaf səviyyəsində kateqoriyalarla izah edilə bilməyən bir sıra prosesləri izah edir. Fransız fiziki iddia edir ki, bu İlahi Başlanğıc (müstəqil reallıq) əbədidir, onun tədqiqatı üçün elmi proses daim davam etsə də, «pərdələnmiş dünya» yenə də elmi dərkin hüdudlarından kənarda qalacaq. Alimlərin çoxu d`Espanyatın xidmətlərini yüksək qiymətləndirir, ancaq onların əksəriyyəti «hiperkosmik Allah» konsepsiyası ilə razılaşmırlar. Bununla belə 1972-ci ildə milyonçu və filantrop ser Templetonun təşəbbüsü ilə yaradılmış, 2001-ci ilədək «Dində nailiyyətlər uğrunda», 2002-ci ildə isə «Mənəvi reallığa dair tədqiqatlarda və kəşflərdə nailiyyətlər naminə» adlandırılmış Fond fransalı fizikin konsepsiyasına inanır və onu 1,6 milyon dollar dəyərində mükafatlandırıb. Bu, illik mükafatlar arasında ən böyüyüdür.

Ənənəyə görə bu mükafatın təqdim edilməsi Bukingem sarayında • şəxsən şahzadə Filipp tərəfindən həyata keçirilir. 1973-cü ildə Templeton mükafatını Ana Tereza aldı. Bundan əvvəl həmin prizi həmçinin yevangelist Billi Qrem, yazıçı Aleksandr Soljenitsın, nəzəriyyəçi fizik Frimen Dayson alıb. Bu il ilk dəfə mükafat Con Templetonsuz təqdim olunacaq; o, 2008-ci il iyulun 4-də vəfat edib. // Bizim Yol

Category: Din | Views: 1332 | Added by: orik88
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Anpassad sökning
Search
Calendar
«  Mart 2009  »
Su Mo Tu We Th Fr Sa
1234567
891011121314
15161718192021
22232425262728
293031
Entries archive
Site friends
  • Create a free website